Sika Azərbaycan MMC
1910-ci ildə fəaliyyətə başamış Sika şirkəti İsveçrənin qlobal markası olaraq tikinti sektorunda dünyanın 101 ölkəsində fəaliyyət göstərir. Hal-hazırda Sikada 300-dən çox fabrikdə onminlərlə işçi çalışmaqdadır. Azərbaycanda isə ilk fəaliyyətimiz 2005-ci ildən etibarən başlamış və 17 ildir ki uğurla davam edir. Bu illər ərzində uğurla fəaliyyət göstərən Sika bir çox nailiyyətlər əldə etmiş, yeni istehsal sahələri yaratmışdır.
Bu baxımdan 16 Noyabr 2018-ci ildə Cənab Prezident İlham Əliyevin Sumqayıt Kimya Sənaye Parkında yerləşən yeni zavaodumuzun açılışını etməsi Sika Azərbaycan şirkətinin tarixində önəmli gün kimi yaddaşımızda qalmışdır. Müəssisəmizin ümumi istehsal gücü illik 105.000 tondur. İsveçrə və Türkiyə texnologiyaları əsasında yaradılan fabrikimiz toz və maye məhsul, beton və sement əlavələri istehsal edir. Qlobal hədəflərə uyğun olaraq biz də Azərbaycanda fəaliyyətə başladığımız gündən etibarən bütün fəaliyyət istiqamətlərimizdə əsas hədəfimiz keyfiyyət amili olmuşdur. Daimi yenilənən istehsal prosesi, kadrlarımızın inkişafı sayəsində biz artıq SİKA istehsal və həll mərkəzinə çevrilmişik. Tam əminliklə deyə bilərik ki, ölkə inşaat sektorunda mövcud olmuş və hal -hazırda da davam edən böyük və məsuliyyətli inşaat layihələrində, inşaatın bütün mərhələlərində biz optimal, keyfiyyətli həll yolları təqdim etməklə səmərəliliyi artırmış və öz müştərilərimizdə böyük inam qazanmışıq.
Xüsusi ilə vurğulamaq lazımdır ki, Sika Azərbaycan zavodunda istehsal olunan bütün məhsullar 100% əsl Avropa standartlarına cavab verir. Bu gün zavodda Keramika yapışdırıcıları, Aralıq doldurucular, müxtəlif sahələr üçün Su izolyasiya və su qovucu məhsulları, Təmir-montaj harc qarışıqları, Termo izolyasiya lövhələrinin yapışdırılması üçün yapışdırıcılar və dekorativ suvaq məhsulları, Slikon, Germetik və Mastiklər, Beton qatqıları, Zəmin örtükləri kimi zəngin məhsul çeşidinə malik istehsal istiqamətləri var. Biz tikinti sektorunda professional komanda işi və keyfiyyətli məhsullarımızla Güvən inşa edirik!
KEYFİYYƏT SAHƏSİNDƏ SİYASƏT
Sika Azərbaycan MMC-nin keyfiyyət təminatı siyasəti müştərilərimizə təqdim etdiyimiz məhsul və xidmətlərin əsas xüsusiyyətinin keyfiyyət olmasını təmin edir. Bu siyasət Sika AGnin qrup strategiyası, Korporativ İdarəetmə Sistemi (CMS – Corporate Management System) və beynəlxalq keyfiyyət standartlarının tələbləri ilə uyğunluq təşkil edir. Həmçinin, keyfiyyət siyasəti Yeni Məhsul Planlanması Prosesi (PCP – Product Creation Process) əsasında da formalaşdırılmışdır.
KEYFİYYƏT SAHƏSİNDƏ SİYASƏTİN ƏSAS İSTİQAMƏTLƏRİ:
▪ Sika Azərbaycan olaraq müştərilərimizin və maraqlı tərəflərin tələblərinə cavab verən keyfiyyətli məhsul və xidmətlər təqdim etmək.
▪ Yerli və beynəlxalq qanunlara və normativ sənədlərə riayyət etmək.
▪ İşçilərinin peşəkarlıqlarını artırmaq və təhlükəsizliyin təmin edilməsinə cəlb etmək.
▪ Tədarükçülər və biznes üzrə tərəfdaşlarla qarşılıqlı və etibarlı əməkdaşlıq etmək.
▪ Daxili prosesləri davamlı və sistematik məlumat təhlili, düzəldici tədbirlər, riskin qiymətləndirilməsi əsasında inkişaf etdirmək. Keyfiyyət məsələlərinin həllində və qiymətləndirilməsində bu göstəricilərdən istifadə etməklə rasional, təhlükəsiz və qənaətli qərarlar qəbul etmək.
Rəhbərlik bu Siyasətin icrası və dəstəklənməsi öhdəliyini öz üzərinə götürür.
Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit Siyasəti
Sika MMC təhlükəsizliyi ən öndə tutur. Bu siyasət Sika AG-nin Ətraf Mühit, Sağlamlıq və Əməyin Təhlükəsizliyi siyasəti ilə uyğunluq təşkil edir.
Əməkdaş və tərəfdaşlarımızın təhlükəsizliyi, rifahı və sağlamlığı uğurumuz üçün mütləq şərtdir. Təhlükəsiz iş yanlız bir proqram deyil, bu işlərin yerinə yetirilmə yoludur. Bu bir sıra sütunlar dayanır:
• Davamlı inkişafa rəhbərliyin öhdəliyi: Təhlükəsizlik idarəçiliyi həvalə edilə bilməz. Hər bir rəhbər liderlik, məsuliyyət və nümunəvilik nümayiş etdirməlidir.
• İşçilərin iştirakı: Biz hər kəsin sağlam və təhlükəsiz iş yerinin təmin edilməsində rolu olduğuna inanır. Biz hesab edirik ki, işçilər Sağlamlıq və Təhlükəsizlik məsələləri ilə məşğul olduqda iş yerlərində daha yaxşı Sağlamlıq və Təhlükəsizlik nəticələri olur. Buna görə də bütün müvafiq sağlamlıq və təhlükəsizlik məsələləri üzrə işçilərin və digər maraqlı tərəflərin səmərəli və mütənasib məsləhətləşmələrini və iştirakını fəal şəkildə təşviq edir. Hər bir işçi sağlamlığın, təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin gündəlik işin tərkib hissəsi olmasını təmin etmək üçün məsuliyyət daşıyır.
• Qaydalara uyğunluq: Sika-nın minimum təhlükəsizlik tələbləri iş yerinin təhlükəsizliyi ilə bağlı müəyyən edilmiş və tətbiq edilmişdir. Bundan əlavə, əsas riskləri aradan qaldırmaq üçün Sika təhlükəsizlik qaydaları müəyyən edilmişdir. Minimum Tələblər və yerli qaydalarla birlikdə bu Təhlükəsizlik Qaydaları məcburidir.
• Təlim və tədris: Sika MMC-də işləyən hər kəs üçün vəzifə təhlükəsizlik performansı tələb olunur. Rəhbərlər işçilərin istifadə etdikləri material və avadanlıqlar haqqında məlumatlı olmalarından, riskləri və onları necə azaltmağı bilmələrindən əmin olmalıdır. Müəyyən olunmuş təlimlər yanlız yeni əməkdaşlar üçün deyil, mövcud bütün əməkdaşlar üçün müntəzəm olaraq təşkil olunur.
• Təhlükələrin aşkarlanması və həlli: risklərin qiymətləndirilməsi insanları təhlükəsiz saxlamaq üçün nəyin lazım olduğunu müəyyən etməyə kömək edir.
• İnsidentlərin hesabatı və araşdırılması: hər bir ciddi hadisənin sistematik şəkildə bildirilməsi, araşdırılması və müvafiq tədbirlərin həyata keçirilməsinə səbəb olması məcburidir. Bundan əlavə, biz daha ciddi hadisələrin qarşısını almaq üçün bütün kiçik hadisələri müəyyənləşdirməyə və təhlil etməyə çalışırıq.
Ətraf Mühit
Sika MMC ətraf mühitin mühafizəsinə sadiqdir, insanları və ətraf mühiti qoruyaraq biznes fəaliyyətini, məhsul və xidmətlərini təşviq edir. Ətraf mühitə təsirlərinin azaldılmasına dair vəzifələrini yerinə yetirərkən aşağıdakıları öhdəmizə götürürük:
• bütün mövcud ətraf mühit qanun, tələb və normativ sənədlərə uyğunluq
• ətraf mühitə təsiri azaltmaq üçün ətraf mühit idarəçilik sistemini tətbiq etmək və damamlı inkişaf etdirmək,
• ölçülə bilən ətraf mühit hədəflərini dəyərləndirmək, müəyyən etmək və nəzərdən keçirmək,
• riskləri və ətraf mühitə təsirləri müəyyən etməklə və fəaliyyətlərində azaltma, təkrar istifadə və təkrar emalı cəsarətləndirməklə öz əməliyatlarının təsirlərini minimallaşdırmaq,
• həm istehsal prosesinə, həm də müştərilərin son istifadəsinə aşağı təsirli innovativ məhsullar və həllər inkişaf etdirmək, ətraf mühitin vəziyyəti, aspektləri, təsirləri və fəaliyyəti haqqında üst rəhbərliyə, işçilərə və maraqlı tərəflərə mütəmadi olaraq hesabat vermək.